AZ

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Mayın 6-sı saat 16:00-da 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyatla bağlı məsələlər müzakirə olunacaq, valideynləri maraqlandıran suallar canlı yayımda cavablandırılacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Bildirilib ki, birinci sinfə elektron qeydiyyatla bağlı yaranan sualları canlı yayımın şərh bölməsində yazmaq olar.

Mövzu ilə əlaqədar suallar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsilalanlarla iş sektorunun məsləhətçisi Sənarə İsmayılova tərəfindən cavablandırılacaq.

Canlı yayımı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəsmi feysbuk səhifəsi üzərindən izləmək mümkündür.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
8
Mənbələr
Şərh ()
Bağla

Reytinq