AZ

Ermənistanın Hindistandan aldığı ATAGS haubitsaları fərdiləşdirilmiş təkmilləşdirmədən keçib

Ermənistanın Hindistandan aldığı 155 mm-lik ATAGS haubitsaları fərdiləşdirilmiş təkmilləşdirmədən keçib.

“Poliqon” “Indian Defence Research Wing” nəşrinə istinadən xəbər verir ki, bunu “Bharat Forge” şirkətinin icraçı direktoru Baba Kalyani açıqlayıb.

Bildirilib ki, Ermənistana çatdırılıan ATAGS yerli dil interfeysinə malik ballistik kompüterlərlə təchiz olunub. Bu fərdiləşdirmə erməni artilleriya ekipajlarının əməliyyatlarını sadələşdirir, təlim vaxtını və səhv ehtimalını azaldır.

Ballistik kompüterlər Ermənistanın quru naviqasiya sistemləri ilə də mükəmməl inteqrasiya halında işləyir. Bu inteqrasiya haubitsanın döyüş meydanında ümumi effektivliyini artırır və hədəf seçməyə imkan verir.

Xatırladaq ki, Hindistan ATAGS haubitsalarının 6 ədədlik ilk partiyasını 2023-cü ilin avqust ayında Ermənistana təhvil verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
Mənbələr
Şərh ()
Bağla

Reytinq