AZ

Messi "İnter Mayami"nin büdcəsini ikiqat artırıb

"İnter Mayami"nin baş meneceri Xavyer Asensi Lionel Messinin transferinin klubun gəlirlərinə necə təsir etdiyini açıqlayıb.

"Unikal" xəbər verir ki, o, ötən yay 36 yaşlı hücumçunun MLS təmsilçisinə keçməsindən sonra klubun büdcəsinin ikiqat artdığını söyləyib:

“Lionel bizi növbəti səviyyəyə aparır. Sponsorların müraciətləri də artır. Biz öz mövqeyimizdən çox razıyıq, komanda və görülən işlərlə fəxr edirik. Qalan tək şey inkişaf etməkdir. Messi gələnədək biz 60 milyonluq büdcəsi olan bir komanda idik. Bu il isə 125 və ya 130 milyon büdcəmiz var. Müvəqqəti stadionu nəzərə alsaq, bu, böyük məbləğdir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
Mənbələr
Şərh ()
Bağla

Reytinq