AZ

Hava şəraiti ilə bağlı Bakı Marafonu iştirakçılarına MÜRACİƏT

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Sabah Bakıda və Abşeron yarımadasında havanın arabir tutulub açılacağı gözlənilir. Səhər saatlarında, əsasən saat 10:00-12:00 radələrində bəzi yerlərdə zəif yağış yağacağı ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətinin direktoru Nazim Mahmudov Bakıvaxtı.az-a bildirib ki, gün ərzində mülayim cənub-şərq küləyinin əsəcəyi, küləyin sürətinin saniyədə 7-12 metr olacağı, arabir 14-16 metr təşkil edəcəyi, havanın temperaturunun 17-21 dərəcə isti olacağı gözlənilir.

Xidmət rəsmisi “Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarından geyimlərini hava şəraitinə uyğun seçmələrini tövsiyə edib.

Seçilən
29
19
Mənbələr
Şərh ()
Bağla