AZ

Bakı marafonu iştirakçılarına hava ilə bağlı müraciət

Sabah Bakıda və Abşeron yarımadasında havanın arabir tutulub açılacağı gözlənilir. Səhər saatlarında, əsasən saat 10:00-12:00 radələrində bəzi yerlərdə zəif yağış yağacağı ehtimalı var.

Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin direktoru Nazim Mahmudov bildirib.

O qeyd edib ki, gün ərzində mülayim cənub-şərq küləyinin əsəcəyi, küləyin sürətinin saniyədə 7-12 metr olacağı, arabir 14-16 metr təşkil edəcəyi, havanın temperaturunun 17-21 dərəcə isti olacağı gözlənilir.

Xidmət rəsmisi “Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarından geyimlərini hava şəraitinə uyğun seçmələrini tövsiyə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
19
axar.az

10Mənbələr