AZ

Bakıda neftçilərə evlər verildi (FOTO)

Bakı. Trend:

Bu gün iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədriMikayıl Cabbarov, SOCAR-ın prezidenti Rövşən Nəcəf və MüşahidəŞurasının üzvləri şirkətin “Neftçi” mənzil-tikinti kooperativitərəfindən inşa olunan yaşayış kompleksində görülən işlərlə tanışolublar.

Trend xəbər verir ki, Bakının Səbail rayonunda Bibiheybətərazisində yerləşən yaşayış kompleksində tikinti işlərinə 2020-ciildə başlanılıb.

Yaşayış kompleksində ümumilikdə 676 mənzildən ibarət səkkizbinanın inşası nəzərdə tutulub. 2023-cü ildə inşası tamamlanmış 17mərtəbəli iki binada birotaqlı, ikiotaqlı və üçotaqlı olmaqla,ümumilikdə 252 mənzil var. Mənzillər tam təmir olunub, kommunalxidmətlərlə təchiz edilib. Kompleksdə digər altı binanın inşasıdavam edir.

Müşahidə Şurasının üzvləri və sakinlər arasında keçiriləngörüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevtərəfindən neft-qaz sənayesi işçilərinin sosial təminatı vəmənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasının daim diqqətmərkəzində saxlanıldığını vurğulanıb. Neftçilərin sosial şəraitininyaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin bundansonra da davam etdiriləcəyi qeyd edilib.

Ötən il mənzil növbəsində olan SOCAR əməkdaşları arasında inşasıtamamlanmış binalardakı evlərin bölgüsü aparılıb. Yeni mənzilsahibləri arasında birinci və ikinci Qarabağ müharibələrindəiştirak etmiş SOCAR əməkdaşları da var.

Tədbirdə evlərin sənədləri sahiblərinə təqdim edilib. Yeni evsahibi olan əməkdaşlar mənzil şəraitlərinin yaxşılaşdırılmasıistiqamətində göstərilən dəstəyə görə təşəkkür ediblər.

Daha sonra tədbir iştirakçıları yaradılmış şəraitlə tanış olmaqməqsədilə mənzillərdə olublar.

Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda
Bakıda

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
111
12
Mənbələr
Şərh ()
Bağla

Reytinq