AZ

Şahin Seyidzadə: “Milli xalça festivalı növbəti mərhələdə beynəlxalq səviyyədə keçiriləcək”

“Azərbaycanda ilk dəfə baş tutan milli xalça festivalı növbəti mərhələdə beynəlxalq səviyyədə keçiriləcək”.

Oxu.Az xəbər verir ki, bunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Heyətinin sədri Şahin Seyidzadə jurnalistlərə açıqlamasında deyib.

“5 may xüsusi bir gündür, artıq qərar verdik ki, bunu təqvimə salaq. Hər il bunu keçirək. Növbəti mərhələdə milli səviyyədə yox, beynəlxalq səviyyədə keçirməyi düşünürük”.

Qeyd edək ki, 4-5 may tarixlərində “İçərişəhərdə” Azərbaycanda ilk dəfə Milli Xalça Festivalı keçirilir.

Almaz Qasımova

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
Mənbələr
Şərh ()
Bağla

Reytinq