AZ

Seymur Nəsirovun qahirəli tələbələri "Azərbaycan" şeirini səsləndirdi - VİDEO

Hər birimizi yaxşı bilirik ki, dünyada Azərbaycanı təbliğ etməyin ən önəmli yollarından biri də vətənimizin dilini öyrətməkdir. Vətənin dilini öyrətməklə eyni zamanda onun mədəniyyətini, incəsətini, ən önəmlisi həqqiqətlərini təbliğ etmiş olursan. Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında dünyada Azərbaycan dilinin yayılmasını, təbliğ olunmasını, tədrisini, həm də xaricdə yaşayan azərbaycanlılar arasnda yayılmasını hər zaman tövsiyə edib.

Redaktor.az bildirir ki, bu gün xaricilər arasında Azərbaycan dilini ən çox öyrənən xalq Misir xalqıdır. 

Misirdə Azərbaycan Diaspor Təşkilatları Birliyinin sədri, eyni zamanda Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı alim Seymur Nəsirovun bu sahədəki fəaliyyəti göz qarşısındadır. İndiyədək Seymur Nəsirov Qahirə Universitetində 1500-dən çox misirli tələbəyə Azərbaycan dilini tədris edib. 2016-2017-ci tədris ilindən başlayaraq Qahirə Universitetində Azərbaycan dilini tədris edən tədqiqatçı alim Seymur Nəsirov bu günlərdə Qahirə Universitetinin Ədəbiyyat fakültəsində Şərq dilləri bölməsində Azərbaycan dilini öyrənən tələbələrlə Səməd Vurğunun "Azərbaycan" şeirini səsləndirib. Şeirin səsləndirilməsi video lentə alınıb və hər kəs tərəfindən maraqla qarşılanıb.

Sözügedən görüntüləri sizə təqdim edirik:

Humay İSGƏNDƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla