AZ

"Bayer"in 6 futbolçusu mövsümün rəmzi komandasında

style='margin-bottom:10px;'>

Almaniya Bundesliqası cari mövsümün rəmzi komandasını açıqlayıb.

QOL.az qurumun saytına istinadən xəbər verir ki, heyət azarkeşlər, klub nümayəndələri və ekspertlər tərəfindən səsvermə yolu ilə müəyyən edilib. Rəmzi komandada "Bayer"in altı futbolçusu yer alıb.

Bundesliqada 2023/2024 mövsümünün rəmzi komandası belədir:

Qapıçı: Qreqor Kobel ("Borussiya" Dortmund);

Müdafiəçilər: Ceremi Frimponq, Conatan Ta, Alexandro Qrimaldo (hamısı "Bayer"), Valdemar Anton ("Ştutqart")

Yarımmüdafiəçilər: Camal Musiala ("Bavariya"), Qranit Caka, Florian Virts (ikisi də "Bayer").

Hücumçular: Serou Guirassi ("Ştutqart"), Harri Keyn ("Bavariya"), Viktor Bonifase ("Bayer").

Xatırladaq ki, “Bayer” Bundesliqanın 2023/24 mövsümünün çempionu olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq