AZ

Azərbaycanda hotellərdəki yerlərin 82%-i boş qalıb

2024-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 17,8 faiz səviyyəsində olub.

FED.az bu barədə  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,4% çoxdur.

2023-cü ilin yanvar-mart aylarında göstərici 13,4 faiz səviyyəsində olub.

2024-cü ilin ilk üç ayında hotellərin ən çox dolu olduğu rayonlar Şabran (45,5%), və Qusar ( 41,3%) rayonunları olub.

Bununla yanaşı Bakıda hotellərin doluluq səviyyəsi 30,6%, Naftalanda 29,8%, Saatlıda 24,8%, Sabirabadda 20,8%, Beyləqanda 20,4%, Ağcabədidə 20,2%, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
Mənbələr
Şərh ()
Bağla

Reytinq