AZ

Məşhur politoloq deputatlığa namizəd olacaq? - ÖZÜ AÇIQLADI

Azərbaycan suveren ölkə kimi ilk prezident seçkilərindən sonra ilk parlament seçkilərinə gedəcək.

Seçkilər zamanı artıq deputatlığa yeni namizədlər güclərini sınamağa və namizədliklərini irəli sürməyə hazırlaşmağa başlayıblar. Bu namizədlərdən biri də uzun illər jurnalist kimi fəaliyyət göstərən və “Atlas” Araşdırma Mərkəzinin rəhbəri olan politoloq Elxan Şahinoğludur.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu mövzu ilə bağlı Turkustan.az-ın suallarını cavablandırıb.

- Elxan bəy, parlament seçkilərində iştirakınızla bağlı deyimlər var. Parlament seçkilərində iştirak etmək fikriniz varmı? Sizcə, namizədliyinizi irəliyə sürdüyünüz zaman uğurlu olacağınızı düşünürsünüzmü?

- Mən uzun illərdir jurnalist kimi fəaliyyət göstərirəm, 20 ildir analitik işləyirəm və “Atlas” Araşdırmalar Mərkəzinə rəhbərlik edirəm. Mərkəzin yazılar hazırlanır, mediada yayımlanır. Fikirlərimizi ictimaiyyətə çatdırdığınız üçün jurnalist dostlarımıza təşəkkür edirik. Bu cür fəaliyyətləri çox bəyənirəm. Amma mən qarşıma məqsəd qoydum ki, hədəflərimi bir az da artırım. Biz öz ərazi bütövlüyümüzü təmin etmişik, Qarabağ üzərində suverenliyimizi təmin etmişik. Əlimi danşın altına qoymaq istəyirəm. Özüm əslən Şuşanın Malıbəyli kəndindən olsam da, atam, əmim, qohumlarım Ağdamda doğulub böyüyüblər. Gəncliyimi Ağdamda keçirmişəm.

Elxan

-Siz illərdir həm media sahəsində, həmdə siyasi sahədə olduğunuz üçün böyük nüfuza maliksiniz. Bunun seçkilərdə sizə təsiri ola bilərmi?

- Dostlarla birgə düşündüm və qərara gəldim ki, bu dəfə seçkilərdə özümüzü sınamalıyıq. Bu yarışdır və mübarizədir. Gücümüzü sınamaq istəyirəm. Mən bilirəm ki, cəmiyyətdə mənə müsbət yanaşırlar. Bunun da işimə yarayacağını zənn edirəm. Amma indi əsas məqsəd insanlarla görüşmək, onların problemlərini öyrənməkdir. Problemlərini daim diqqətdə saxlamağa çalışacağam. Biz öz ərazi bütövlüyümüzü təmin etmişik. Bunda Ali Baş Komandanın, şanlı ordumuzun, şəhidlərimizin, veteranlarımızın böyük rolu var. Ona görə də seçkilərdə iştirak etmək qərarına gəlsəm, ilk növbədə şəhid ailələri, veteranlarla görüşəcəyəm, onların rəy və təkliflərini öyrənəcəyəm.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
Mənbələr
Şərh ()
Bağla

Reytinq