AZ

Kris Hemsvortdən Brad Pitt etirafı

“Qara geyimli adamlar”, “Qisasçılar”, “Dənizin ortasında” və “Zəfərə qaçış” kimi uğurlu prodüserləri ilə tanınan avstraliyalı aktyor Kris Hemsvort oğluna ad qoyarkən Bred Pittdən ilhamlandığını açıqlayıb. 

News24.az xəbər verir ki, 40 yaşlı aktyorun Elza Pataki ilə evliliyindən Tristan, Saşa və India adlı üç övladı var.

Aktyor oğlunun adını “Ehtiras küləkləri” (1994) filmindəki Bred Pittin obrazından ilhamlanaraq Tristan adını qoyduğunu açıqlayıb. Hemsvort deyib:

"Ekranda heç vaxt daha gözəl insan olmayıb. O, dünyanın ən gözəl personajı deyilmi?".

Günel Məlikzadə


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
Mənbələr
Şərh ()
Bağla

Reytinq