AZ

İstirahət günü hava necə olacaq? - PROQNOZ

Bakı. Trend:

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə bildirilib ki,Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludluolacağı, arabir tutulacağı gözlənilir.

Əsasən, səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalıvar. Mülayim cənub küləyi gecəyə doğru arabir güclənən şimal-qərbküləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 11-14°, gündüz 17-21° olacaq. Atmosfertəzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbirütubət gecə 65-70 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağıgözlənilir. Ayrı-ayrı yerlərdə arabir leysan xarakterli intensivolacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdəsulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabirduman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabirgüclənəcək.

Havanın temperaturu gecə 10-15°, gündüz 20-25°, dağlarda gecə3-7°, gündüz 7-12° olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
Mənbələr
Şərh ()
Bağla

Reytinq