AZ

Danilo Braziliya Futbol Konfederasiyasını tənqid etdi

“Yuventus”un və Braziliya millisinin sağ cinah müdafiəçisi Danilo Braziliya Futbol Konfederasiyasını (CBF) tənqid edib.

Arena.az bu barədə nüfuzlu UOL dərgisinə istinadən məlumat verir.

Danilo Braziliya Futbol Konfederasiyasını 50 yaşlı braziliyalı mütəxəssis Fernando Dinisi tez bir zamanda millinin müvəqqəti baş məşqçisi vəzifəsindən uzaqlaşdırdığına görə tənqid edib. Mütəxəssis 2023-cü ilin iyulunda 1 illik müqavilə əsasında Braziliya millisini çalışdırsa da, 2024-cü il yanvarın əvvəlində istefaya göndərilib.

“Hər bir məşqçinin yüksək rəhbərliyin dəstəyinə və vaxta ehtiyacı var. Xüsusən də Dinisin futbol fikirləri kimi qeyri-adi və iddialı fikirləri həyata keçirməsi üçün. Bu cür böyük komanda ilə, mətbuatın bu qədər təzyiqi ilə, dəstək olmadan işləmək mümkün deyil”, deyə braziliyalı futbolçu vurğulayıb.

Fernando Dinisin rəhbərliyi altında Braziliya millisi 2026-cı il FIFA Dünya Kubokunun CONMEBOL zonası üzrə seçmə mərhələsinə Boliviya (evdə 5:1) və Peru (səfərdə 1:0) yığmaları üzərində qələbə ilə başlayıb. Daha sonra bu komanda ardıcıl 4 oyunda xal itirib – Venesuela (evdə 1:1), Uruqvay (səfərdə 0:2), Kolumbiya (səfərdə 1:2) və Argentina (evdə 0:1) yığmaları ilə oyunlar uğursuz alınıb. 6 oyundan 7 xal toplamış “pentakampeon”lar təsnifat mərhələsinin yarış cədvəlində 6-cı pillədə qərarlaşıblar. Bu da dünya çempionatına birbaşa vəsiqə verir. Amma buna rəğmən dünya futbolunun nəhənginin belə vəziyyətdə olmasını Braziliya Futbol Konfederasiyası həzm edə bilmir.

Vurğulayaq ki, hazırda Braziliya millisi islahatlar dövrünü keçir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
Mənbələr
Şərh ()
Bağla

Reytinq