AZ

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma qiymətləri əhalinin büdcəsinə necə təsir edəcək? - AÇIQLAMA

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Bakı.Trend:

Xəbər verdiyimiz kimi, Tarif (qiymət) Şurasının 3 may2024-cü il tarixində keçirilmiş iclasında Energetika vəİqtisadiyyat nazirliklərinin, Dövlət Neft Şirkəti, “Azərişıq”ASC-nin təklifləri əsasında elektrik və qazpaylayıcı şəbəkəyəqoşulma xidmətləri üzrə ödənişlərin məbləğlərimüəyyənləşdirilib.

Elektrik şəbəkəsinə qoşulma üzrə ödəniş məbləğləri 1 fazlıtəchizat üzrə 10 kVt-dək 40 manat/kVt; 1 fazlı təchizat üzrə 10kVt-dan yuxarı 60 manat/kVt; 3 fazlı təchizat və aşağı gərginliküzrə 293 manat/kVt; orta gərginlik üzrə 170 manat/kVt olaraqmüəyyən edilib.

Qazpaylayıcı şəbəkəyə qoşulma üzrə ödəniş məbləğləri əraziplanlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdə layihə smetasənədlərinin hazırlanması da daxil olmaqla məişət qaz qurğularının(ümumi qaz sərfiyyatı 10 m3/saat olan) düz xətt üzrə 100 metrməsafədə yerləşən şəbəkəyə texnoloji və fiziki qoşulma xidməti üzrəbirlikdə - 271 manat; ərazi planlaşdırılması sənədləri təsdiqedilməyən ərazilərdə tikinti obyektlərinin şəbəkəyə fiziki qoşulmaxidməti üzrə - 160 manat müəyyən olunub.

İqtisadçı ekspert Eyyub Kərimli yenitənzimləmələri Trend-ə şərhedib.

O bildirib ki, yeni tənzimlənmələrə əsasən, elektrik vəqazpaylayıcıların qiymət dəyişməsinin müəyyən təsirləri olacaq.

Ekspertin özlərinə görə, statistik rəqəmlərə nəzər salsaq,quraşdırılan sayğaclar, əsasən, əhali qrupuna aiddir.

“3 fazlı və tələb olunan güc 20 kVt-dan 50 kVt-dək olduqdaelektrik şəbəkəsinə qoşulma xidmətləri üzrə ödəniləcək məbləğazalacaq. Bu, həyət evlərində yaşayanları nəzərdə tutur. Azalmaonların büdcəsinə uyğundur.

Tələb olunan güc 50 kVt-dan 200 kVt-dək olduqda isə məbləğartacaq. Bu, daha çox enerji istehlak edən əhali qruplarıdır.

Qazpaylayıcıların, əsasən, həyət evlərində qoşulmasına 60%güzəşt tətbiq olunur. Bu da insanların enerjiyə çıxışıdır və müsbəthal kimi qiymətləndirmək olar”.

Ekspert qeyd edib ki, yeni tənzimləmələrlə elektrik vəqazpaylayıcı şəbəkələrə qoşulma üzrə ödəniş məbləğlərinin müəyyənedilməsi xərclərin optimallaşdırılmasına səbəb olacaq.

“Bundan əvvəl belə xidmətlər müxtəlif podratçı şirkətlərləqarşılıqlı razılaşma ilə həyata keçirilirdi. Bu da müəyyənnarazılıqlara səbəb olurdu. Bəzən eyni iş üçün əhali tərəfindənfərqli ödənişlər edilirdi. Yeni tənzimləmələr belə halları aradanqaldırır. Bu, əhalinin xeyrinə olan tənzimləmədir. Vahid tarif busahədə idarəetməni və şəffaflığı təmin edəcək. Digər tərəfdən, buişlə məşğul olan şirkətlərin fəaliyyətində müsbət dəyişikliklərolacaq”, - deyə o qeyd edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Tarif (qiymət)Şurasının qərarı ilə elektrik və qazpaylayıcı şəbəkələrə qoşulmaxidmətləri və bir sıra dərman vasitələri üzrə qiymətlərmüəyyənləşdirilib.

Bildirilib ki, istehlakçıların elektrik və qazpaylayıcışəbəkələrə qoşulması üçün daha keyfiyyətli xidmətlərdənistifadəsinə, vaxt və xərclərin optimallaşdırılmasınaistiqamətlənmiş tədbirlər həyata keçirilir. Şəbəkələrə qoşulma iləbağlı xərclərin qarşılanmasında vahid yanaşmanın, istehlakçıxərclərinin əvvəlcədən proqnozlaşdırılmasının zəruriliyi və digərbu kimi səbəblər bu sahədə yeni tənzimləməni zəruri edirdi.

Bununla əlaqədar olaraq, Tarif (qiymət) Şurasının 3 may 2024-cüil tarixində keçirilmiş iclasında Energetika və İqtisadiyyatnazirliklərinin, Dövlət Neft Şirkəti, “Azərişıq” ASC-nin təklifləriəsasında elektrik və qazpaylayıcı şəbəkəyə qoşulma xidmətləri üzrəödənişlərin məbləğləri müəyyənləşdirilib.

Elektrik şəbəkəsinə qoşulma üzrə ödəniş məbləğləri aşağıdakıkimi müəyyən edilib:

- 1 fazlı təchizat üzrə 10 kVt-dək 40 manat/kVt;

- 1 fazlı təchizat üzrə 10 kVt-dan yuxarı 60 manat/kVt;

- 3 fazlı təchizat və aşağı gərginlik üzrə 293 manat/kVt;

- Orta gərginlik üzrə 170 manat/kVt.

Yeni tənzimləməyə əsasən, məişət abonentləri üzrə 1 fazlıtəchizatda qoşulma tələb olunan gücdən asılı olaraq 1 kVt-dan dabaşlaya bilər. Bu halda tələb olunan güc 3 kVt-dək olduqda xərcenir, 4 kVt olduqda xərc sabit qalır, 5 kVt və ondan artıq olduqdaisə xərc artır. Qeyd edək ki, tələb olunan gücdən asılı olmayaraqəhali üzrə bu vaxta qədər xərc 160 manat təşkil edirdi. Əhaliisteklakçılarında 1 fazlı təchizat sxemi üzrə 5 kVt-dək qoşulmalar97,4% təşkil edir ki, bu da böyük istehlakçı qruplarınınxərclərindəki azalmanın əhatə dairəsini göstərir.

Həmçinin, yeni ödəmə məbləğlərinə əsasən ticarət, ictimai iaşə,məişət və digər növ xidmət obyektlərində 1 fazlı təchizat sxemiüzrə aşağı güc qoşulmalarının (20 kVt daxil) ödəniş məbləğləri60-76% azalır.

3 fazlı və tələb olunan güc 20 kVt-dan 50 kVt-dək olduqdaelektrik şəbəkəsinə qoşulma xidmətləri üzrə ödəniləcək məbləğ dəazalır. Tələb olunan güc 50 kVt-dan 200 kVt-dək olduqda isə məbləğartır.

Eyni zamanda, 3 fazlı və yuxarı güc qoşulmalarında şəbəkəningücləndirilməsi ilə əlaqədar əlavə tələblər aradan qaldırıldığıüçün sahibkarlıq subyektləri yalnız tarifə uyğun ödənişlər edəcək.Bu da şəbəkənin gücləndirilməsi ilə bağlı sahibkarların xərcləriniaradan qaldırmaqla ümumi xərclərinin azalmasına səbəb olacaq.

Qazpaylayıcı şəbəkəyə qoşulma üzrə ödəniş məbləğləri aşağıdakıkimi müəyyən edilib:

- Ərazi planlaşdırılması sənədləri təsdiq edilmiş ərazilərdəlayihə smeta sənədlərinin hazırlanması da daxil olmaqla məişət qazqurğularının (ümumi qaz sərfiyyatı 10 m3/saat olan) düz xətt üzrə100 metr məsafədə yerləşən şəbəkəyə texnoloji və fiziki qoşulmaxidməti üzrə birlikdə - 271 manat;

- Ərazi planlaşdırılması sənədləri təsdiq edilməyən ərazilərdətikinti obyektlərinin şəbəkəyə fiziki qoşulma xidməti üzrə - 160manat.

Yeni tənzimləmələrə qədər qazpaylayıcı şəbəkəyə qoşulma işləriistehlakçılarla podratçılar arasında razılaşmaya uyğun qiymətləhəyata keçirilirdi. Yəni, tənzimləmədən əvvəl istehlakçılaraşəbəkəyə qoşulmaq üçün müxtəlif podratçılar tərəfindən fərqliqiymətlər təklif olunurdusa, artıq tənzimləmədən sonra vahid vəoptimal qiymətlər müəyyənləşib.

Seçilən
294
5
1

1Mənbələr

Şərh ()
Bağla