AZ

Hərbi geyimdə sərhəd kəndinə getmək istəyən erməni saxlanıldı - VİDEO

Ermənistanda vəziyyət gərgin olaraq qalır. Son günlər əsasən Tavuş vilayətində kəndlilər revanşist çağırışlar edərək Azərbaycanla delimitasiya prosesinə qarşı çıxırlar. Etirazların cərəyan etdiyi əsas mərkəz isə Kirants kəndidir. Polis bu kənddə xeyli sayda radikalı saxlayaraq Kirantsa giriş-çıxışı bağlayıb.

Yerli media Tsaxkakar-Kirants yolunda maraqlı insidentin yaşanması barədə video yayıb. Qeyd edilir ki, polislər Kirantsa doğru hərəkət edən vətəndaşı sadəcə hərbi geyimdə olduğu üçün saxlayıblar.Onu əvvəlcə giriş qadağan olunan kəndə buraxmayıblar. Bundan sonra yaranan mübahisə vətəndaşın bölməyə aparılması ilə bitib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Komissiyanın, həmçinin iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Radikallar və revanşistlər bu qərara etiraz edirlər.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla

Reytinq