AZ

General Kərəm Mustafayev İranın Hava Desant Qüvvələri briqadasında olub

İranda səfərdə olan Azərbaycanın müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayevin başçlıq etdiyi hərbi nümayəndə heyəti İranın 65-ci Hava Desant Xüsusi Qüvvələri Briqadasında (NOHED) olub.

Azpost.info bildirir ki, bu barədə Mehr Agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Azərbaycan nümayəndə heyəti briqadanın döyüş qabiliyyəti və hazırlığı ilə tanış olub.

Bu səfər zamanı Azərbaycan nümayəndə heyətinin iştirakı ilə NOHED üzvləri terrorizmlə mübarizə, girovların azad edilməsi və s. sahəsində müxtəlif təlimlər yerinə yetirərək öz bacarıqlarını nümayiş etdiriblər.

İran Ordusu Xüsusi Təyinatlı Qüvvələrinin 65-ci Hava Desant Briqadasının komandiri polkovnik Hulakü Əhmədiandır.

Terror qruplarına qarşı mübarizə və Qərbi Asiyada bütün təhlükə və hərəkətləri izləmək 65-ci Briqadanın hədəflərindəndir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
Mənbələr
Şərh ()
Bağla

Reytinq