AZ

Minaların daha tez təmizlənməsi üçün xəritələr olmalıdır - Norveçli səyyah

Azərbnaycanın əraziləri minalardan necə təmizləməsinə, hansı taktikalardan istifadə etməsinə baxdıq, eyni zamanda, avadanlıqları gördük və hesab edirəm ki, Azərbaycan bu işi yüksək səviyyədə həyata keçirir.

Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Norveçin beynəlxalq səyahətçilərdən ibarət "Vagaclub"un üzvü Ole Jorgen Vastveit deyib.

O bildirib ki, minaların daha tez və asan təmizlənməsi üçün ilk növbədə xəritələr olmalıdır.

"Xəritələr olmalıdır ki, minaların harada basdırldığı bilinsin. Bu, həyatları xilas edə və minaların daha asan təmizlənməsinə imkan verə bilər", - deyə o əlavə edib.

Qeyd edək ki, Norveçin beynəlxalq səyahətçilərdən ibarət "Vagaclub"unun 30 nəfərlik geniş heyətinin mayın 2-dən Qarabağ və Şərqi Zəngəzura səfər edib. Qrupa "Vagaclub"un rəhbəri, 35 yaşlı norveçli gənc dünya səyyahı Jorn Augestad başçılıq edir. Bu dəfə heyətdə gənclər üstünlük təşkil edir, onların, demək olar ki, hamısı 150-dən çox ölkədə səfərdə olub.

Heyət 3 gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət edib.

Xatırladaq ki, dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania, o cümlədən, bu klubların müxtəlif üzvlərinin birləşdiyi Türkiyənin Gəzginlər Klubunun, Britaniyanın "Piki Reels", İsveçin "Club 100" heyətlərinin ötən 4 ildə 9 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Onlardan 1-i 2021-ci ildə, 4-ü 2022-ci ildə, 4-ü isə 2023-cü ildə baş tutub. Norveçin dünya şöhrətli "Vagaclub"unun səfəri bu qəbildən olan sayca 10-cu səfərdir.

Ümumilikdə bu 10 səfərdə 46 ölkədən 360-dan çox beynəlxalq səyahətçi azad edilmiş ərazilərdəki vəziyyətlə yerində tanış olmaq imkanı qazanıb. Onlar vasitəsilə dünyada milyonlarla insan Qarabağdakı real vəziyyət barədə ətraflı məlumat alıbş

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
171
17
Mənbələr
Şərh ()
Bağla

Reytinq