AZ

Ukraynada vəziyyət: Rusiyanın 2024-cü il üçün əsas məqsədi açıqlandı

Ukrayna rəsmiləri vurğulamağa davam edir ki, Rusiyanın 2024-cü il üçün əsas məqsədi Donetsk və Luqansk vilayətlərinin tamamilə ələ keçirilməsidir.

Bu barədə ABŞ-nin nüfuzlu Müharibə Tədqiqatları İnstitutunun Rusiya-Ukrayna müharibəsinə dair hazırladığı gündəlik hesabatda bildirilib.

“Ukrayna rəsmiləri bildirirlər ki, Rusiya qüvvələri son aylarda əhəmiyyətli dərəcədə irəliləməyib. Rusiya ordusu, xüsusən də müharibə başlayandan bəri elit birliklər arasında geniş deqradasiyaya məruz qalır. Buna baxmayaraq, Rusiya qüvvələri, ümumilikdə döyüş keyfiyyətlərini yaxşılaşdırmaqda davam edir”, - deyə hesabatda yazılıb.

Qeyd olunub ki, Rusiya qoşunları bu yaxınlarda Kupyansk, Avdeyevka və Donetsk şəhərləri yaxınlığında cüzi irəliləyib.

Təhlildə ABŞ-nin Ukraynaya bərpa etdiyi hərbi yardımın ilk tədarüklərinin bu həftənin əvvəlində Ukraynaya çatdığı bildirilir.

Buna baxmayaraq, qeyd olunub ki, Qərbin silah və sursatlarının geniş miqyasda cəbhəboyu ərazilərə çatması bir neçə həftə çəkəcək.

Aqil Vəlili

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
3
Mənbələr
Şərh ()
Bağla

Reytinq