AZ

"Zenit" Neymarın transferi haqda danışıb

Sankt-Peterburq təmsilçisi “Zenit”in idarə heyətinin sədri Yelena İlyuxina hazırda Səudiyyə Ərəbistanı çempionatında çıxış edən ulduz hücumçu Neymarın potensial transferindən danışıb.

Apasport.az bu barədə "Sport24"ə istinadla xəbər verir.

"Zenit hazırda heç bir transfer danışıqları aparmır, hətta Neymarla bağlı belə!" - deyə İlyuxina bildirib.

Neymar keçən yaydan Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun oyunçusudur. Bu komandanın heyətində 32 yaşlı braziliyalı yerli çempionatda 3 oyun keçirib, 2 məhsuldar ötürmə edib. Futbolçu hazırda dizindən aldığı zədəni sağaldır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla

Reytinq