Bu gün saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub.
Day.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilir ki, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış, Şahdağda isə qar yağıb.
Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Şəki, Qax, Qrız, Şahdağ, Yevlax, Göyçay, Lerikdə duman müşahidə olunub.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 13 dərəcəyədək, Naxçıvan MR-da 9-12, Aran rayonlarında 13-15, dağlıq rayonlarda 2-7 dərəcə isti, yüksək dağlıq ərazilərdə isə 1 dərəcəyədək şaxta olub.