AZ

“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək

“Circus

Bakı, 4 may, AZƏRTAC

“Circus Sea Breeze” arenasında “Monte-Karlo əfsanələri” adlı beynəlxalq sirk proqramı təqdim ediləcək.

AZƏRTAC xəbər verir ki, iyunun 1-dən etibarən “Circus Sea Breeze” ərazisində yerləşən lunaparkda və akvaparkda “Monte-Karlo əfsanələri” adlı beynəlxalq sirk proqramı yeni mövsümünü açır. “Circus Sea Breeze” arenasına sirk “Oskar”ı mükafatının laureatı Allahverdi İsrafilovun rəhbərliyi altında ilk dəfə bu il yarıməsrlik yubileyini qeyd edən məşhur festivalın artistləri çıxacaq.

Rəngarəng sirk şousu Monte-Karlonun əsl əfsanələrinin məharətlərini nümayiş etdirəcək, həmçinin heyrətamiz akrobatik tryuklar, virtuoz hoqqaların sehri və nəfəs kəsən hava tamaşaları göstəriləcək. Arenada baş verənlər tamaşaçıları tarazlıq hərəkətləri dünyasının cazibəsinə aparacaq.

Azadlıq ruhunun təcəssümünə çevrilmiş Qarabağ atlarının gözəlliyi və zərifliyi əsl igidlərin idarə etdiyi orijinal şouda təqdim olunacaq.

İlk tamaşa xeyriyyə xarakterli olacaq və yaxşı ənənəyə uyğun olaraq, ona valideyn himayəsindən məhrum olmuş uşaqlar və sağlamlıq imkanları məhdud azyaşlılar dəvət ediləcək.

“Monte-Karlo əfsanələri” heyrətamiz tamaşanın bir hissəsi olmaqla yanaşı, həm uşaqlara şənlik bəxş edəcək bayramın parlaq işıqlarında dünya sirk sənətinin ab-havasına qərq olmaq, həm də böyüklərə yay axşamlarının ətri fonunda Xəzərin mehindən zövq almaq üçün unikal şansdır.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
2
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
8033
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5232
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
5024
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4777
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4549
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3753
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3073
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2762
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2761
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2704
Sabah 20 dərəcə isti olacaq
2642
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2278
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2238
Röyanın biabırçı videosu yayıldı
2148
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2091
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2062
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1828
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1705
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1666
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1607