AZ

Şahmatçılarımız 125 min dollarlıq yarışda

Bu gün BƏƏ-də şahmat üzrə “Dubai Police Global Chess Challenge” turniri start götürəcək.

İdman.biz xəbər verir ki, 3 kateqoriya üzrə təşkil olunacaq yarışda Azərbaycan 5 zəka sahibi ilə mübarizə aparacaq.

Ən güclülərin mübarizəsində Eltac Səfərli (2612), Aydın Sülüymanlı (2607) və Əhməd Xaqan (2321) çıxış edəcək. Ayan Allahverdiyeva (2152) ilə Kamal İsfəndiyarlı (1836) B kateqoriyasında lövhə arxasına keçəcək.

Qeyd edək ki, İsveçrə sistemi ilə keçiriləcək yarış 9 turdan ibarət olacaq. Ümumi mükafat fondu 125 min dollar olan turnir mayın 13-də başa çatacaq.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla

Reytinq