AZ

Dini konfessiyaların nümayəndələri Suqovuşan və Talışda olublar (FOTO)

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Bakı. Trend:

Ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların nümayəndələriErmənistanın işğalından azad edilən Suqovuşan qəsəbəsində və Talışkəndində səfərdə olublar.

Trend xəbər verir ki, səfər Azərbaycan Respublikası DiniQurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı iləreallaşıb.

Dini konfessiyaların nümayəndələri Pasxa bayramı münasibətiləSuqovuşan qəsəbəsindəki və Talış kəndindəki Alban məbədləriniziyarət ediblər. Dini ayinlər icra olunub, bayram dualarıoxunub.

Talış kəndindəki məbədin həyətində bayram süfrəsi açılıb.Süfrəyə kuliç və digər bayram nemətləri düzülüb, mahnılar ifaolunub. Tolerantlığın bariz nümunəsi olaraq xristianlarla yanaşı,müsəlmanlar da bayram tədbirində iştirak ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini SəyavuşHeydərov deyib: “Bu gün dini konfessiyaların, icmaların üzvlərininiştirakı ilə Pasxa bayramı ərəfəsində birlikdə olmağımız bir dahaAzərbaycandakı dini həmrəyliyin, dini harmoniyanın bariznümunəsidir. Bu, Azərbaycanda həyat tərzidir. Azərbaycandafəaliyyətdə olan bütün dini konfessiyaların nümayəndələri bir ailəkimi yaşayır. Bu, bizim milli sərvətimizdir. Bizim hamımızınqarşısında duran başlıca vəzifə bu milli sərvəti qorumaq, daha dagücləndirmək və gənc nəslə ötürməkdir. Azərbaycan bu həmrəyliyi,birlik nümunəsi ilə dünyaya sülh modeli təqdim edir”.

Dini
Dini
Dini
Dini
Dini
Dini
Dini
Dini
Dini
Dini
Dini
Dini
Dini
Seçilən
20
1
1

1Mənbələr

Şərh ()
Bağla