AZ

Daşkənddə Azərbaycan və Özbəkistan könüllüləri arasında memorandum imzalanıb

Özbəkistanın paytaxtı Daşkənd şəhərində Azərbaycan Könüllü Təşkilatları İttifaqı ilə bu qardaş ölkənin Könüllülər Assosiasiyası arasında memorandum imzalanıb.

“Report” xəbər verir ki, sənədi Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev və Özbəkistan Könüllülər Assosiasiyasının rəhbəri Şirin Abidova imzalayıb.

Memorandumun məqsədi ölkələr arasında ikitərəfli əlaqələri gücləndirmək üçün könüllülük sahəsində beynəlxalq əməkdaşlığın inkişafı, mübadilə proqramlarının təşkili və beynəlxalq layihələrdə könüllülərin iştirakının təmin edilməsidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
10
Mənbələr
Şərh ()
Bağla

Reytinq