AZ

“ANİMAFİLM festivalı regionlarda” layihəsi davam edir

“ANİMAFİLM

Bakı, 4 may, AZƏRTAC

Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı ilə “ANİMAFİLM festivalı regionlarda” layihəsi çərçivəsində növbəti tədbir mayın 16-17-də Lənkəranda təşkil olunacaq.

Assosiasiyadan AZƏRTAC-a bildirilib ki, layihə regionlarda animasiya kinosu və sənayesinin inkişafının təşviqi məqsədilə keçirilir.

“ANİMAFİLM Lənkəranda” adlı tədbirdə uşaqlar və böyüklər üçün yerli və xarici animasiya filmlərinin nümayişləri, müzakirələr və səsvermə nəzərdə tutulub. Həmçinin tədbir çərçivəsində iki günlük animasiya təlimi keçiriləcək. Tədbirdə iştirak ödənişsizdir, proqramı isə www.anima.az rəsmi saytında dərc olunacaq.

Bundan əvvəl layihəsi çərçivəsində, 2021-ci ildə Şəkidə”, 2023-cü ildə isə Naxçıvanda tədbirlər keçirilib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
1
Mənbələr
Şərh ()
Bağla

Reytinq