AZ

Xırdalan sakinləri Yardımlı dağlarında cinayət başında tutuldu - Narkotik əməliyyatı

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları daha bir uğurlu narkotik əməliyyatı keçiriblər.

Bakupost.az xəbər verir ki, polislər daxil olan məlumat əsasında rayonun Alar kəndinə yaxın meşə ərazisində “Prado” markalı avtomobili saxlayıblar. Axtarış nəticəsində avtomobildən 16 kiloqram narkotik maddə aşkarlanıb. Məlum olub ki, avtomobildəki iki şəxs narkotiki Alar kəndindən götürüblər.

Həmin şəxslər saxlanılıb. Onlardan biri Gəncə, digəri Lənkəran sakini olsalar da, Xırdalanda yaşayırlar.

Faktla bağlı cinayət işi başlanılıb.

Cəlal
Baku Post

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
Mənbələr
Şərh ()
Bağla

Reytinq