AZ

Qlobal təhlükəsizliyin təmini prosesinə 30 illik sədaqət 

Sülh naminə tərəfdaşlıq” proqramına qoşulduğumuz gün... 

Cənubi Qafqazın aparıcı dövləti sayılan Azərbaycan nəinki yerləşdiyi regionda, daha böyük coğrafiyada sabitləşdirici amil kimi çıxış etməkdədir. Hər zaman sülh və əməkdaşlıq çağırışları ilə yadda qalan ölkəmiz 30 ilə yaxın işğaldan əziyyət çəkib - bununla belə, bütün dövrlərdə silahlı qarşıdurmaların əleyhinə olub, təhlükəsizlik amilinin daha yüksək səviyyədə önə çıxması üçün çalışıb. Qlobal təhlükəsizlik sahəsində əməkdaşlıq ölkəmizin də təhlükəsizliyi baxımından prinsipial əhəmiyyət kəsb edir. Bu səbəbdən də, Azərbaycanın müstəqilliyinin ilk dövrlərindən başlayaraq ölkənin üzləşdiyi çətinlikləri, regiondakı mürəkkəb vəziyyəti nəzərə alan ümummilli lider Heydər Əliyev respublikanın təhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlığa fəal inteqrasiyasını təmin etdi. 1994-cü il mayın 4-də Heydər Əliyevin “Sülh naminə tərəfdaşlıq” çərçivə sənədini imzalanması da qarşılıqlı əməkdaşlıq üçün yeni mərhələnin başlanğıcını qoydu.  İmzalanma mərasimində çıxış edən Heydər Əliyev bildirmişdi ki, biz NATO-ya gənc Azərbaycan dövlətinə Qərb dünyası ilə sıx və çoxtərəfli qarşılıqlı münasibətlər yaratmaqda və Qərb dünyasının çox zəngin təcrübəsindən bəhrələnməkdə kömək etməyə qadir olan bir təşkilat kimi baxırıq: “Azərbaycanın, eləcə də digər yeni Avropa dövlətlərinin müstəqilliyinin möhkəmlənməsi NATO-nun bütün fəaliyyətinin əsaslandığı prinsiplərin sarsılmazlığının real təsdiqi olacaqdır”.

Yaxın əməkdaşlıq əlaqələri...

Vurğulandığı kimi, Azərbaycan həm də NATO ilə hərbi sahədə yaxın tərəfdaşlığa malikdir - ölkəmiz alyansın bir sıra sülhyaratma missiyasında uğurla təmsil olunub. 1994-cü ildən NATO-nun “Sülh naminə tərəfdaşlıq”, 2004-cü ildən isə “Fərdi tərəfdaşlıq” proqramlarına qoşulan, 1999-cu ildə NATO Parlament Assambleyasına müşahidəçi, 2002-ci ildən isə assosiativ üzv qəbul edilən Azərbaycan ilə NATO arasındakı münasibətlər praktiki tərəfdaşlığa söykənir. Ölkəmiz ilə qurum arasındakı hərbi əməkdaşlığın əsas istiqamətlərini müdafiə və təhlükəsizlik sektorunda islahatlar, beynəlxalq əməliyyatlarda iştirak, fövqəladə hallara hazırlıq, təhlükəsizliklə əlaqəli olan elmi və ekoloji məsələlər və ictimai diplomatiya təşkil edir. Son dövrlərdə Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması istiqamətində ciddi addımlar atılıb. 

Sülhə dəstək...

Eyni zamanda, Azərbaycan NATO-nun müxtəlif sülhyaratma missiyalarında uğurla təmsil olunub, fəallıq nümayiş etdirib. 1999-2008-ci illərdə NATO-nun rəhbərliyi ilə Kosovoda keçirilən sülhməramlı və sülhə dəstək əməliyyatlarına qoşulub. Hərbçilərimiz NATO qüvvələri ilə birlikdə, həmçinin İraqda da sülhməramlı missiya həyata keçiriblər, Əfqanıstanda “Qətiyyətli dəstək” əməliyyatlarında iştirak ediblər. Azərbaycan hərbçiləri 2002-ci ildən 2021-ci il avqustun sonunadək Əfqanıstanda xidmət göstəriblər. Məlum hadisələr zamanı hərbçilərimiz Əfqanıstan paytaxtının hava limanını ən axırıncı tərk edənlərdən olublar. Sülhməramlılarımız hava limanında 120 mindən çox insanın təxliyəsinə töhfə veriblər. 

Bu ilin martında NATO Baş katibi Yens Stoltenberqin Bakıya səfəri mühüm məqamlarla yadda qalmışdı. Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşdən sonra mətbuata bəyanatında bildirmişdi ki, Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var: “Tərəfdaşlığımız müsbət olmuşdur. Azərbaycan Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib. Bu, bizim üçün böyük təcrübə olub. 2021-ci il avqustun axırında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olmuşlar. Bu isə bir daha bizim əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir”.

Əməkdaşlıqda xüsusi çalarlar...

Bəli, Azərbaycan-ın NATO ilə əməkdaşlığı qlobal təhlükəsizliyin təmini istiqamətində ölkəmizin ortaya qoyduğu mövqedir. Ötən 30 il ərzində dövlətimiz hər zaman bu amili ön sıralarda tutub - Azərbaycan dünyanın hər yerində sülhün və əmin-amanlığın bərpası üçün öz gücünü səfərbər edib. Bu gün Cənubi Qafqazda təhlükəsizlik seqmentinin inkişafı üçün çaba göstərən Azərbaycan yeni şəraitdə bunun mütləq şərtlərini formalaşdırıb. NATO-nun aparıcı üzvü olan Türkiyə ilə strateji əməkdaşlığın imzalanması ilə Azərbaycan NATO ilə əməkdaşlıq əlaqələrini daha yüksək bir səviyyəyə çatdırıb. Bu amil. Azərbaycan ilə NATO arasında münasibətlərdə, qarşıdakı dövr üçün əməkdaşlıqda xüsusi çalarlar vəd edir. Azərbaycan özünün milli təhlükəsizlik strategiyasının ayrılmaz tərkib hissəsi olan hərbi təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində əsaslı addımları ilə seçilir. Son illər bu sahədə həyata keçirilən davamlı islahatların və məqsədyönlü tədbirlərin nəticəsində Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib. Yeni mərhələdə silahlı qüvvələrimiz Türkiyə modelinə uyğunlaşdırılır.

S.İSMAYILZADƏ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
8080
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5245
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
5047
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4794
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4564
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3757
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3073
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2780
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2762
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2708
Sabah 20 dərəcə isti olacaq
2659
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2286
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2243
Röyanın biabırçı videosu yayıldı
2164
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2093
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2063
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1832
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1707
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1671
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1607