AZ

Paşinyanın deputatı polislərə haqq qazandırdı: “Etirazçını musiqi ilə saxlamırlar“

Ermənistanda vəziyyət gərgin olaraq qalır. Son günlər əsasən Tavuş vilayətində kəndlilər revanşist çağırışlar edərək Azərbaycanla delimitasiya prosesinə qarşı çıxırlar. Etirazların cərəyan etdiyi əsas mərkəz isə Kirants kəndidir. Polis bu kənddə xeyli sayda radikalı saxlayaraq Kirantsa giriş-çıxışı bağlayıb. Polisin kəndlilərə qarşı sərgilədiyi sərt münasibət, ümumilikdə ölkənin digər bölgələrində də aksiyaların güc yoluyla qarşısının alınması siyasətçilər arasında birmənalı qarşılanmır.

Müxalifəti təmsil edən deputatlar və siyasərçilər bu durumu tənqid edirlər. Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyasından olan deputat Ovik Ağazaryan isə polisə haqq qazandırıb.

“Dövlət belə hallarda çox sərt, qəddarlıqla müşayət olunmayan güc tətbiq etməli və Kirantsda yaşayan hər bir vətəndaşın mənafeyini nəzərə almalıdır. Başqa sözlə desək, etirazçıları “Qu rəqsi” musiqisi sədaları altında yox, sərt şəkildə həbs edəcəklər. Saxlanılma prosesi zamanı əlbəttə ki, polisin dirsəyi başqasının yanağına toxuna bilər və bu da yüngül qançırlar əmələ gətirir. Bizi də zamanında belə saxlayıblar hətta dəyənəklə vururdular. Biz pambıqdan ibarət deyilik, hamı kimi ət və sümüyük. Bununla belə məlum proseslərdən sonra ölməmişik. Bir sözlə polis öz işini görür”,- Paşinyanın deputatı 24TV-yə açıqlamasında deyib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Komissiyanın, həmçinin iki ölkə arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. Radikallar və revanşistlər bu qərara etiraz edirlər.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
82
Mənbələr
Şərh ()
Bağla