AZ

Azərbaycanda işçi “boş-bikar” sözünü qəbul etməyib şirkət rəhbərini məhkəməyə verdi

Azərbaycanda iş adamı “boş-bikar” ifadəsinə görə məhkəməyə verilib.

MMC-lər ilə bağlı qaydalardan biri dəyişir - 2000 manatadək cərimə müəyyənləşir

FED.az Qafqazinfo-ya istinadən xəbər verir ki, belə bir iddia ilə Nuridə Məmmədova (ad-soyad şərtidir) adlı vətəndaş Nəsimi Rayon Məhkəməsində iddia qaldırıb.

Belə ki, o, 2023-cü ildə 15 nəfərə qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi’’ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin hər birindən 5000 min manat tələb edib. Cavabdehlərdən Nazim Qurbanov (ad-soyad şərtidir) məhkəmədə “İddiaçı boş-bikar adamdır. Biz iş adamıyıq” deməsi Nuridə Məmmədovanın onun barəsində xüsusi ittiham qaydasında şikayət ərizəsi yazması ilə nəticələnib. O, iş adamının Cinayət Məcəlləsinin 148-ci maddəsi (Təhqir) ilə cinayət məsuliyyətinə cəlb edilərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə hökm çıxarılmasını xahiş edib.

Məmmədova iddiasını onunla əsaslandırıb ki, o, üç ali təhsilə sahibdir, bir sıra dövlət və özəl qurumlarda çalışıb və bu səbəbdən ona “boş-bikar adamdır” deyilməsini özünə təhqir kimi qəbul edib. 

Təqsirləndirilən şəxs (mülki cavabdeh) Nazim Qurbanov isə məhkəmədə ifadəsində Nuridə Məmmədova təhqir etmədiyini bildirib:

“Məhkəmədə hakimlə iki dəqiqəlik dialoqda “xanımın ola bilsin ki, zamanı var, boş zamanı çoxdur, ola bilsin boş-bikardır və dayanmadan polisə, məhkəmə orqanlarına şikayətlər yağdırır” demişəm.  İşimlə bağlı səfərdə  oluram, gələ bilmirəm, işim xüsusi təyinatlı sahədir, vaxtım olmur.  Əgər “boş-bikar” sözü Azərbaycan dilinin leksikonunda təhqir ifadəsi olaraq hesab olunsa belə,  həmin sözü təhqir kimi qəbul etmirəm. Məsələn, həkim “həftənin üçüncü günü boş-bikarsansa, gəl analizlərini ver” deyirsə, onda həkim məni təhqir edir? Mən bu sözü ailədə də istifadə edirəm”.

İddiaçı məhkəməyə səbəb olan sözlə bağlı ekspertizanın Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu tərəfindən həyata keçirilməsini istəyib. Ekspert rəyində isə göstərilib ki, “boş-bikar” ifadəsi haqqında danışılan şəxsin şərəf və ləyaqətini alçaltmaq və ya təhqir etmək məqsədilə deyil, sadəcə onun işsiz-gücsüz olmasını vurğulamaq mənasında işlənir.

Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından, iş adamına həmin maddə ilə bəraət verilib.

Qeyd edək ki, adını açıqlamadığımız iş adamının direktoru olduğu şirkət kənd təsərrüfatı sahəsində ixtisaslaşıb. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
184
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
8139
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5260
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
5071
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4818
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4588
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3761
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3087
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2802
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2765
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2729
Sabah 20 dərəcə isti olacaq
2673
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2288
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2250
Röyanın biabırçı videosu yayıldı
2201
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2100
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2076
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1839
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1710
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1674
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1611