AZ

Qazaxıstan maye qazın ixracına məhdudiyyəti genişləndirir

Qazaxıstan hakimiyyəti 2023-cü ilin payızında respublikadan mayeləşdirilmiş neft qazının ixracına qoyulan qadağanı daha 6 ay müddətinə uzatmaq qərarına gəlib.

"Operativ Media" xəbər verir ki, bu barədə Energetika Nazirliyindən bildirilib.

Mayın 14-dən qüvvəyə minəcək sənəddə deyilirdi ki, “Mayeləşdirilmiş neft qazının Qazaxıstan Respublikası ərazisindən ixracı qadağandır”.

Nazirlik elan edib ki, propan və butanın avtomobil və ya dəmir yolu ilə ixracı mümkün deyil.

İstisnalar yalnız Qaraçaqanak yatağından hasil edilən və ya emal olunmuş xammalın ixracı və Qazaxıstandan kənarda başlayan və bitən tranzit daşımalar üçün nəzərdə tutulub.

Qeyd edək ki, 2023-cü ilin noyabrında Qazaxıstanda mayeləşdirilmiş neft qazının ixracına qadağa qoymaqla sərhədyanı ölkələrə yanacaq axınının və daxili bazarda qıtlığın yaranmasının qarşısını almağa cəhd edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
Mənbələr
Şərh ()
Bağla

Reytinq