AZ

Reşford hansı kluba satılacaq?

Markus Reşfordun bu yay klubunu dəyişmək ehtimalı var. “Mançester Yunayted” artıq futbolçusunun satış qiymətini müəyyənləşdirib.

ESPN telekanalının yaydığı xəbərə görə, İngiltərə klubu 26 yaşlı hücumçu üçün 70 milyon avro təklif gələrsə, onu nəzərdən keçirəcək. Amma xəbərdə o da qeyd olunur ki, MY rəhbərliyi Reşford üçün qiymət təyin etsə də, onunla vidalaşmaq istəmir və hansısa klubun 70 milyon avro təklif edəcəyinə inanmır. İngilislər yalnız PSJ-nin belə təkliflə çıxış etmək iqtidarında olduğunu hesab edirlər. Lakin əksər mənbələrə görə, Fransa klubu ingilis futbolçunu almağı planlaşdırmır. Markus bu mövsüm bütün turnirlərdə meydana çıxdığı 40 matçda 8 qol vurub və 5 məhsuldar ötürmə verib. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdi.
Yeri gəlmişkən, rəhbərlik artıq yay “transfer pəncərəsi” üçün planlar üzərində işləyir. “The Telegraph”ın məlumatına görə, klub bir neçə futbolçu ilə yolları ayırmağı və qazanılacaq pulla yeni transferlər etməyi planlaşdırır. Artıq rəhbərlik komandada saxlamaq istədiyi futbolçuları müəyyənləşdirib. Bunlar yarımmüdafiəçilər Alexandro Qarnaço, Kobbi Maynu və hücumçu Rasmus Heylunndu. Məlumatda bu futbolçuların yayda başqa klublara transfer olunmayacağı qeyd edilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla