AZ

4 nömrəli Birləşmiş Şəhər Xəstəxanası 120 minə yaxın əhaliyə xidmət edir

4 nömrəli Birləşmiş Şəhər Xəstəxanası Bakının Xəzər rayonu ərazisində yerləşir.

 

Aztibb.az-ın məlumatına görə, tibb müəssisəsi 1953-cü ildən etibarən fəaliyyət göstərir.

 

4 nömrəli Birləşmiş Şəhər Xəstəxanası ümumilikdə, 120 minə yaxın əhaliyə xidmət edir.

 

Tibb müəssisəsində vətəndaşlara cərrahi, kardioloji, stomatoloji, endokrinoloji, fizioterapevtik, immunoloji, oftalmoloji, nevroloji, otorinolarinqoloji, pediatrik, ginekoloji, dermatonevroloji, onkoloji, terapevtik olmaqla, ambulator, poliklinik və stasionar tibbi xidmətlər göstərilir.

 

Müəssisədə uşaq və böyük yaşlı əhali üçün qeydiyyat otaqları, manipulyasiya, imtiyazlı aptek, rentgen, masaj, peyvənd, ultrasəs müayinəsi, psixiatrik kabinetləri mövcuddur.

 

4 nömrəli Birləşmiş Şəhər Xəstəxanası Binə qəsəbəsi, F.Aynulov küçəsi 56 ünvanında yerləşir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
aztibb.az

1Mənbələr