AZ

Fermerlərimizin sığorta şirkətləri ilə işi "xod" gedir...Ödənişlər azı 2 dəfə artıb, lakin...

Image

Akif Nəsirli: “Aqrar sektorda risqlər sığortalandıqca, sahibkarların bu istiqamətdə fəaliyyətə marağı artır”

Bu ilin yanvar-mart aylarında Aqrar Sığorta Fondu (ASF) tərəfindən sığortalı fermerlərə təsərrüfatlara dəymiş zərərlər üzrə 1 milyon 752 min manat sığorta ödənişi edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə sığorta ödənişlərinin məbləği 2,2 dəfə artıb. 

Bitkiçilik üzrə sığorta ödənişləri 2,5 dəfə, heyvandarlıq üzrə ödənişlər isə 42% yüksəlib. Sığorta ödənişlərinin artması fermerlərin fəaliyyətinə necə təsir edəcək?

“Sığorta sahibkarın  müflisləşməsinin,  fermer kimi sıradan çıxmasının qarşısını alır, buna görə də…” 

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, sığorta ödənişlərinin artmasının səbəbi kəndlilərin, pay torpağına sahib olanların sığortaya marağı artıb. Sığorta ödənişi xoşagəlməz hadisə zamanı fermerə dəyən ziyanı aradan qaldırır. Sığorta sahibkarın  müflisləşməsinin,  fermer kimi sıradan çıxmasının qarşısını alır. Buna görə sığorta çox vacib elementdir və bazar iqtisadiyyatı şəraitində özünü daha vacib komponent kimi göstərir: “Bu səbəbdən də sizin qəzetiniz vasitəsilə bütün fermerlərə səslənirəm ki, sığorta parametrlərinə uyğun gələnlər öz əmlaklarını, istehsal vasitələrini sığortalasın”.

Həmsöhbətimiz hesab edir ki, aqrar sektorda risqlər sığortalandıqca, sahibkarların bu istiqamətdə fəaliyyətə marağı artır: “Kənd təsərrüfatında gəlirlilik yüksək olmadığı üçün aqrar sahəyə olan sığorta ödənişlərinin artması sahibkarların bu sahəyə marağını artırır. Bu formada sektorun inkişafına müsbət təsir göstərə bilər. Bu sahədə maarifləndirmənin genişləndirilməsi və təbliğatın düzgün qurulması hesabına sahibkarların sığortalanmaya meyli daha da artıb. Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmindən faydalanan fermer və təsərrüfatların sayı və toplanan sığorta haqları, sığortalanan əkinlərin sahəsi artır”.

Günel CƏLİLOVA





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla

Reytinq