AZ

Yük maşını və yaxınlıqdakı avtomobillər yandı

Ağcabədidə yük maşını və qoşqusundakı avtomobillər yanıb.

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ağcabədi rayonunun Qaradolaq kəndində “КАМАЗ” markalı yük avtomobilinin qoşqusunda olan istifadəyə yararsız 8 ədəd minik avtomobilinin yanar hissələri yanıb.

Qoşqu yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
6
Mənbələr
Şərh ()
Bağla

Reytinq