AZ

Narkotikə görə saxlanılan sürücünün cəriməsi tanınmış blogerə yazıldı

İctimai fəal Haldun Novruzzadə avtomobilini yol vərəqəsi vasitəsi ilə müştəriyə idarə etməyə verib. Lakin müştəri yol qaydalarını pozduğu üçün Dövlət Yol Polisinin əməkdaşları tərəfindən saxlanılıb. Sürücü 333.1.2 maddəsi ilə yəni “Narkotik vasitələrin təsiri altında avtomobil idarə etmə maddəsi ilə (1 ildə ikinci dəfə) məhkəmə qərarı ilə 800 azn cərimə olunub. Cərimə isə H.Novruzzadənin avtomobilinin üzərinə yazılıb. Maraqlıdır, mülkiyyətçinin günahı olmadan onun avtomobilinə həbs qoyula bilərmi?

Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli deyib ki, avtomobillərlə törədilmiş inzibati xətalarda şəxsin özü məsuliyyət daşıyır.

O bildirib ki, xətanın subyekti avtomobil olduğu üçün ödənilməyən cərimələrə görə də avtomobilin hərəkətinə 2 ay sonra məhdudiyyət qoyulur:

“Qanunvericilikdə nəzərdə tutulmuş haldır. Bunun məqsədi ödənilməmiş cərimələr, məsuliyyətdən yayınma hallarının qarşısını almaqdır. Bu, qanunvericiliyin tələbidir, polisin deyil. Xüsusilə, avtomobillə törədilmiş inzibati xətalarda yanaşma belə müəyyən olunub. Qanunlarla bağlı şikayətə Konstitusiya Məhkəməsində baxırlar”.

Nəqliyyət eksperti Elməddin Muradlı deyib ki, əslində, bu, xeyli müddətdir ortaya çıxan bir problemdir.

Onun sözlərinə görə, bu, qanunvericilikdə yaranan boşluqdur:

“Bununla bağlı qanun çərçivəsində addımlar atılmalıdır. Ümumi boşluq hansısa vətəndaşın əziyyət çəkməsi və ya onun narazılığı ilə müşahidə olunmamalıdır. Çünki qanunlar vətəndaşların narahat olması üçün yaradılmır, vətəndaşların doğru-düzgün davranışını tənzimləmək üçün yaradılır. Bu gün qanun onu göstərir ki, artıq vətəndaşlar narahat olmağa başlayıb. Dəfələrlə belə problemlər oryata çıxıb. Başqa bir şəxsin törətdiyi əməl səbəbindən digər şəxs əziyyət çəkir. Ona görə də insanlar haqlı narazılıqlarını bildirirlər. Yanaşma düzgün deyil”.

E.Muradlı qanunda dəyişikliklərə ehtiyac olduğunu qeyd edib:

“Dəyişikliklər baş verdiyi təqdirdə problem aradan qalxa bilər. Hazırda biz bunu yol polisindən tələb etdikdə, onlar da arqument olaraq ortaya qoyurlar ki, qanunun tələbi budur. Xətanı törədən başqasıdır, cərimə isə avtomobilin üzərində qalıb. Avtomobil cansız bir əşyadır və onu canlı insan idarə edir. Bu maşın da kirayə götürülür, sonra da qarşı tərəf gətirib onu təhvil verir və ödəmir. Belə olan halda isə atıq şirkət əziyyət çəkir. Bir sözlə, xətanı törədən adam məsuliyyətdən kənarda qalır, günahsız biri əziyyət çəkir. Amma qanun o səbəbdən qəbul olunur ki, hər kəs törətdiyi əmələ görə məsuliyyətini dərk etsin. Yox, əgər biri digərinin yerinə cəza çəkəcəksə, artıq yanaşma olaraq bu, düzgün deyil”.

Ekspertin fikrincə, bununla bağlı qanunvericilikdə dəyişikliklər olmalıdır:

“İndiki halda vətəndaş yalnız dəymiş zərəri məhkəmə müstəvisində həll edə bilər. Hələlik əldə olan imkanlar yalnız bunu deməyə əsas verir. İkinci bir variant isə adam cərməni ödəyərək avtomobilin üzərindən o məhdudiyyəti götüzdürür, sonra da məhkəmədə bu əməli törətmiş şəxsə qarşı mülki iddia qaldıraraq vurduğu zərəri tələb edir. Görün, vətəndaş durduq yerdə nə qədər əziyyət çəkir. Mexanizmi elə qurmaq lazımdır ki, vətəndaş əziyyət çəkməsin. Məsələn, cəriməni ödəmədiyinə görə həmin şəxsin sürücülük hüququ məhdudlaşdırıla bilər. Başqa nələr tətbiq oluna bilər? Bax, bu məsələlər hələ də açıq qalır. Millət vəkillərinin bu məsələyə yanaşması mütləq ortaya qoyulmalıdır. Onlar qanunvericiliyin dəyişməsi üçün təkliflər, layihələr hazırlayıb, belə problemlərin həllinə nail olmalıdırlar”.

Vəkil Mehman Muradlı isə bildirib ki, avtomobilin sahibi məhkəməyə müraciət edərək, maşının üzərindəki məhdudiyyəti ləğv etdirə bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
8081
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5245
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
5048
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4795
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4571
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3757
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3075
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2780
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2762
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2712
Sabah 20 dərəcə isti olacaq
2659
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2286
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2244
Röyanın biabırçı videosu yayıldı
2171
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2093
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2067
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1832
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1707
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1673
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1611