Türkiyənin Səadət Partiyasının sədri Təməl Karamollaoğlu istefa verəcəyini açıqlayıb.BUTA.TV xəbər verir ki, bu barədə o, siyasətçi TV5-in efirində bildirib. Karamollaoğlu telekanala açıqlamasında partiya rəhbərliyindən ayrılmasına baxmayaraq, siyasətdən getməyəcəyini deyib: “Dostlarımızdan kim başqan olarsa, onun ən böyük dəstəkçisi, köməkçisi mən olacağam”. O, sədrlikdən çəkilməsini səhhəti ilə əlaqələndirib.