AZ

Rusiyanın 9 may qabağı planlarına rəğmən Ukrayna müdafiəsini davam etdirə biləcək... - NYT

ABŞ rusların mayın 9-dan əvvəl nəticə əldə etmək cəhdlərinə baxmayaraq, Ukraynanın öz müdafiəsinin saxlaya biləcəyinə inanır.
 
Moderator.az xəbər verir ki, bunu “The New York Times” yazır.
 
Adı açıqlanmayan yüksək rütbəli Amerika rəsmisi nəşrə bildirib ki, ABŞ-ın hərbi konfidensial qiymətləndirməsi rusların mayın 9-dan əvvəl “kiçik qələbələr” əldə etməyə çalışacağı qənaətinə gəlib.
 
Lakin dəyərləndirmədə deyildiyi kimi, ukraynalı müdafiəçilər döyüş sursatı olmamasına baxmayaraq, cəbhə xəttində uduzmayacaqlar.
 
Digər amerikalı rəsmilər nəşrə şərh veriblər ki, Rusiyanın mayın 9-dan əvvəl genişmiqyaslı hücuma gücü çatmır. Bunun üçün ruslar qüvvələrini xeyli artırmalı idilər, lakin bu hələ müşahidə olunmayıb.
 
Eyni zamanda, ABŞ hökumətindəki analitiklər aydınlaşdırırlar ki, Ukrayna ən yaxşı halda yayda, ən pis halda isə ilin sonuna qədər müttəfiqlərinin yeni silahlarının köməyi ilə cəbhəni sabitləşdirə biləcək.
 
Rusiya işğalçılarının mayın 9-dək planları - nələr məlumdur?
 
Aprel ayında Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski demişdi ki, Rusiyanın ali hərbi rəhbərliyi öz əsgərlərinin qarşısına mayın 9-dək Baxmutun qərbindəki Çasov Yar şəhərini ələ keçirməyi tapşırıb. Düşmən Kramatorsk aqlomerasiyasına gələcək irəliləyişlərə şərait yaratmaq üçün müdafiəni yarmaq və Severski Donets - Donbass kanalına çatmaq üçün səylərini cəmləşdirir.
 
Aprelin 10-da Müharibənin Tədqiqi İnstitutu bəyan etdi ki, ruslar Çasovıy Yara getməyə çalışarkən Avdeyevkanı tutmağa kömək edən taktikalara əl atırlar. Ukraynalı müdafiəçilərin mövqeləri intensiv olaraq "KAB"-lar və onların təyyarə və helikopterlərindən atəşə tutulur.
 
Ukrayna hərbçiləri bildirirlər ki, ruslar Çasov Yarı ələ keçirə bilsələr, Konstantinovka, Drujkovka, Kramatorsk və Slavyanska hücuma keçəcəklər.
 
Aprelin 21-də  "Xortutsa" opertaiv strateji qoşun qruplaçmasının sözçüsü Nazar Voloşin qeyd edib ki, Ukrayna Müdafiə Qüvvələri Donetsk vilayətinin Çasov Yar şəhərində vəziyyətə nəzarət edir. Şəhərdə rus işğalçıları yoxdur.
 
O, həmçinin bildirib ki, təxminən 20-25 min rus əsgəri Çasov Yar və ətraf ərazilərə basqın etməyə çalışır.
 
Aprelin 28-də Sırski cəbhədə vəziyyətin pisləşdiyini təsdiqləyib. Müdafiə qüvvələri Berdiçev, Semenovka və Novomikhailovkadan qərbə çəkilib.
 
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
172
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq