AZ

Ənənəvi dəyərə çağdaş baxış

Bakı Dövlət Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Arzu Allahverdiyeva Tacikistanın paytaxtı Düşənbə şəhərindəki Rusiya–Tacikistan (Slavyan) Universitetində (RTDU) “Şərq və müasir dünya xalqlarının Ənənəvi Dəyərləri” mövzusunda 2 günlük Beynəlxalq mədəni və sivilizasiya Forumunda iştirak edib. Əməkdaşımızla söhbət zamanı Arzu xanım deyib:

– Forumu Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universiteti, Rusiya–Tacikistan (Slavyan) Universiteti, Tacikistan Milli Elmlər Akademiyası və İstanbul Rumeli Universiteti yanında Balkan Ölkələrinin Tətbiqi Araşdırmalar Mərkəzi təşkil etmişdi. Açılış mərasimində Tacikistan Milli Elmlər Akademiyasının prezidenti Kobiljon Xuşvaxtzoda, RTDU-nun rektoru, professor Məşrab Fayzullo, Tacikistan Elmlər Akademiyasının həqiqi əcnəbi üzvü Ramazan Abdulatipov, digər alimlər və diplomatlar iştirak edirdilər.

Tədbirdə sabitlik və harmoniya üçün əsas olan ənənəvi dəyərlərin qorunub saxlanmasının vacibliyi xüsusi vurğulandı, bu baxımdan Şərq ölkələri, o cümlədən Tacikistan Respublikası nümunə kimi göstərildi. Natiqlər həmin dəyərlərin sürətli texnoloji və sosial-mədəni inkişaf şəraitində üzləşdiyi problemlər, ənənələrin qorunub saxlanılması və davamlılığının təşviqi yolları barədə danışdılar, mədəniyyətlərarası dialoq və əməkdaşlığın genişləndirilməsi təşəbbüslərini irəli sürdülər. Mənim “Mədəniyyətlə tərəqqi: Şərq qadınlarının Azərbaycanda müasir həyata təsiri” mövzusunda təqdim etdiyim çıxışım forumun materialları ilə birlikdə toplanaraq kitab halında nəşr olunması qərara alındı. Forumun sonunda iştirakçıların müzakirə etdiyi əsas tezisləri və qlobal problemləri əks etdirən bəyannamə qəbul edildi.

Ə.ƏLİYEV
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
151
Mənbələr
Şərh ()
Bağla