AZ

Çində rekord hasilat

Çinin müstəqil şəkildə işlənmiş ilk ultra dərinsulu qaz yatağı olan “Şenhai-1” və ya “Dərin Dəniz №1” yatağında indiyədək 8 milyard kubmetrdən çox təbii qaz hasilatı qeydə alınıb. Sözügedən yataqlarda qaz hasilatı 800 min kubmetri keçib.

Xatırladaq ki, Çində ən dərin sayılan “Şenhai Yihao” ultra dərinsulu qaz yatağı 25 iyun 2021-ci ildə istismara verilib.

Yatağın operatoru olan Çin Milli Dəniz Neft Korporasiyasının məlumatına görə, qaz yatağının təkmilləşdirilməsi məqsədi daşıyan layihənin II mərhələsinin – “Dərin dəniz №1”in tikintisi davam edir. Tamamlandıqdan sonra korporasiya 23 dərinsulu qaz quyusuna və iki dəst sualtı hasilat sisteminə nəzarət edəcək.

Çinin cənubundakı Haynan ada əyalətindəki Sanya şəhərindən 150 km məsafədə yerləşən “Dərin Dəniz №1” okeanın 1500 metrdən çox dərinliyində yerləşir.

Nubar Süleymanova, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
Mənbələr
Şərh ()
Bağla