AZ

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq

Amerikalı milyarder İlon Mask dollarla bağlı xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki, Maska görə, dövlət borcu problemi həll olunmasa, ABŞ dolları dəyərsizləşəcək.

“Biz milli borcumuzla bağlı nəsə etməliyik, əks halda dollar dəyərsiz olacaq”, - o, “X” (keçmiş “Twitter”) səhifəsində yazıb.

Qeyd edək ki, hazırda ABŞ-nin dövlət borcu 34 trilyon dolları keçib ki, bu da ÜDM-in (27 trilyon dollar) 123%-nə bərabərdir.


Müəllif: Teleqraf.com

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
7
Mənbələr
Şərh ()
Bağla