AZ

Azər Allahverənov elektron axtarış bazalarının hüquq tədqiqatlarında rolundan danışdı

“Hüquq jurnalların vahid elektron axtarış bazasının yaradılması hüquq tədqiqatların aparılmasında çox vacib alətlərdən biri hesab olunur. Çünki beynəlxalq praktikada da bu var və ümumiyyətlə istənilən tədqiqatın aparılması üçün hansı tematik sahəvi bir axtarış bazası olmalıdır və bu baxımdan hüquq tədqiqatlarının aparan şəxslər üçün hüquq jurnallarının elektron axtarış bazasının ixtiyarına verilməsi bu olduqca əhəmiyyət kəsb edən vacib, alətlərdən biridir. Hüquq tədqiqatlarının inkişafına birbaşa olaraq müsbət təsir göstərəcək. Amma bunların hamısının biri ilə akkumulyasiya olunması və bir bazada saxlanılması hüquqi tədqiqatlar aparan şəxslərin işini rahat edən, vaxta qənaəe edən və səmərəli şəkildə axtarış imkanı verən alətdir. Bu günün tələbinə cavab verir. Bütün hüquq jurnalları bu prosesdə iştirak etməlidir”.

Bu sözləri "İnjuria" jurnalının Redaksiya Şurasının sədri Azər Allahverənov QHT.az-a açıqlamasında bildirib.

 

Pərvanə Fərhadqızı

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
86
Mənbələr
Şərh ()
Bağla