AZ

Quterreş Qəzzada jurnalistlərin ölümü ilə bağlı İsrailə reaksiya verib

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterres jurnalistlərin işlərini görərkən həyatlarını riskə atdıqlarını və Qəzzada İsrail ordusu tərəfindən öldürülən jurnalistlərin sayından dəhşətə gəldiyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Dünyanın misli görünməmiş ekoloji fəlakət yaşadığına diqqət çəkən Quterreş bunun həm indiki, həm də gələcək nəsilləri təhdid etdiyini bildirib. 

Mətbuat mənsublarının bu vəziyyətlə bağlı insanları məlumatlandırmaq və maarifləndirmək vəzifəsi olduğunu ifadə edən Quterreş, "Bəzi güclü insanların, şirkətlərin və qurumların ətraf mühitlə bağlı reportyorları dayandırmaq üçün əllərindən gələni etmələri təəccüblü deyil",- deyə qeyd edib.

Seçilən
112
Mənbələr
Şərh ()
Bağla