AZ

Ukraynada cəbhədən əlil qayıdanlar...taleyin ümidinə buraxılırlar..?

...Döyüşlər zamanı əlil olan ukraynalı əsgərlər pis rəftardan “Politico”ya şikayət ediblər.

...2022-ci ildən bizdə çoxlu əlilliyi olan insanlar var, lakin onlar çölə çıxmaqdan qorxurlar.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu gözlərini itirən ukraynalı döyüşçü jurnalistlərə etiraf edib.

Ukraynalının dediyinə görə, bu gün cəbhədən şikəst kimi dönənlər... “mənim kimi üzlərini göstərməyə utanırlar”.

Deyilənlərə görə, münaqişə başlayandan bəri əlillərin sayı 300 min nəfər artıb. 20 mindən çoxu amputasiyaya məruz qalıb. Amma cəmiyyətdə belələri xoş qarşılanmırlar(?). ...Lvovdakı reabilitasiya mərkəzlərindən birinin rəhbərinin dediyinə görə, binanın idarəçiləri ondan pəncərələri bağlamağı xahiş ediblər, çünkiəlillərimizin görünüşü onlar üçün mənzərəni korlayır.

...Veteranların İşləri Departamentinin hesablamalarına görə, nəticə 5 milyona qədər veteran və onların ailələri ola bilər, onların bir çoxunun fiziki və psixoloji zədələrə görə qayğıya ehtiyacı olacaq.

2018-ci ildə Ukrayna əlilliyi olan insanlar üçün əlçatan mühit təmin etməli olan tikinti standartlarını qəbul edib, lakin praktikada çox şey yalnız nümayiş üçün edilir. Hətta yeni tikililərdə də adekvat panduslar yoxdur və səkilərdəki teksturalı plitələr çox vaxt səhv quraşdırılır.

...Beləliklə, rus saytlarının yazdığına görə, guya bu gün Ukrayna cəmiyyəti döyüş əlillərini rədd edir.

Münaqişə zamanı şikəst qalan əsgərlər çölə çıxmaqdan qorxur və dövlətdən kömək hiss etmirlər.

Ağasəf Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
90
Mənbələr
Şərh ()
Bağla