AZ

"Müharibənin yeni mərhələsi ilə üz-üzəyik" - Zelenski

Ukrayna Rusiya Federasiyası ilə müharibənin yeni mərhələsi ilə üz-üzədir. Düşmən hücum əməliyyatlarını genişləndirməyi planlaşdırır.

"Unikal" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Dövlət Sərhəd Xidməti Günü münasibətilə sərhədçilərə müraciətində söyləyib.

“Bu gün artıq müharibənin 800-cü günüdür. Bu, dövlətimizin keçməli olduğu son dərəcə çətin yoldur və müharibəni Ukrayna şərtləri əsasında ədalətli şəkildə başa çatdırmaq üçün hələ keçilməli olan yoldur. İndi biz müharibənin yeni mərhələsi ilə üz-üzəyik, işğalçı hücum hərəkətlərini genişləndirmək cəhdinə hazırlaşır”, - deyə Zelenski əlavə edib.

O bildirib ki, bu gün bütün ukraynalılar, eləcə də Ukraynanın müttəfiqləri Rusiyanın planlarını pozmaq üçün mümkün olan hər şeyi etməlidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
50
Mənbələr
Şərh ()
Bağla