AZ

Rusiya şəkər ixracına müvəqqəti qadağa tətbiq etdi


Rusiya hökuməti qamış və ya çuğundur şəkərinin və kimyəvi cəhətdən təmiz saxaroza ixracına müvəqqəti qadağa tətbiq edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti məlumat yayıb.
“Məhdudiyyət 31 avqust 2024-cü il tarixinədək qüvvədə olacaq. Qərar daxili ərzaq bazarının sabitliyini qorumaq məqsədi daşıyır”, - sərəncamda deyilir.
Sərəmcamda bir sıra istisnalar nəzərdə tutulur. Beləliklə, Avrasiya İqtisadi İttifaqı ölkələrinə müəyyən həcmlərdə şəkər tədarükü mümkün olacaq. O cümlədən, Ermənistana 28 min ton, Belarusa 5 min ton, Qazaxıstana 120 min ton, Qırğızıstana 28,5 min ton ixraca icazə verilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
2
Mənbələr
Şərh ()
Bağla