AZ

Din xadimi, yoxsa terrorçu?...

Azərbaycanın şeyxülislamı sülhə, Ermənistanın katalikosu II Qaregin müharibəyə çağırır

VI Bakı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlərin Şuşa görüşündə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə  deyib: “Azərbaycan torpaqlarında müsəlmanlarla yanaşı pravoslavlar, katoliklər, yəhudilər və digər etiqad sahibləri əsrlər boyu dinc yanaşı, bir ailə kimi yaşayır, ibadət və mərasimlərini sərbəst şəkildə icra edirlər. Ermənilər də zamanında multikultural Azərbaycan ailəsinin üzvü olmuşlar. Bu gün separatçılıq və revanşizm ideyaları ilə çıxış edən Ermənistandakı siyasilərə və erməni kilsəsinə buradan - mədəniyyət paytaxtımız Şuşadan xitab edərək bəyan etmək istəyirəm ki, bir daha xülyalara qapılmasınlar, mənfur separatçılıq meyillərinə uyaraq qonşu torpağına iddia etməsinlər, kimlərinsə silah-sursat vədinə, kilsə kürsüsündən qızışdırıcı moizələrə, qisas çağırışlarına aldanıb gələcəklərini təhlükəyə məruz qoymasınlar, Azərbaycanın bölgədə sülh, əmin-amanlıq və rifah istiqamətində təşəbbüslərinə qoşulsunlar. Azərbaycan xalq-dövlət birliyi sayəsində ölkəmizə qarşı bütün məkrli planların bundan sonra da öhdəsindən gələcək və ərazisindəki bütün xalqların nümayəndələri olan, o cümlədən erməni əsilli vətəndaşlarına dinc mehriban ailə kimi tərəqqi içərisində yaşamaq hüququ təmin etməkdə davam edəcək".

Azərbaycanın şeyxülislamı belə düşünür, belə deyir. Təbii ki, qonşu xalqlar mehriban yaşamalı, normal əlaqələr saxlamalıdırlar. Bəs bütün ermənilərin katalikosu II Qaregin nə düşünür? Məlumdur ki, o, hazırda Ermənistanın küçələrində iğtişaşlara və dövlət çevrilişinə cəhdlərə faktiki rəhbərlik edən katalikos katalizator kimi aranı qızışdırmaqla, gərginliyi artırmaqla məşğuldur. Bələkdəki körpələrə belə "türklər sənin düşmənindir, harada görsən öldür" pıçıldayan din xadimi Azərbaycan-Ermənistan dövlət sərhədində həyata keçirilən delimitasiya işlərini dayandırmaq, sülhün bərqərar olmasına yol verməmək məqsədi ilə aparılan mühəndis-kartoqraf işlərini əngəlləməyə çalışır. Bunun üçün əhalini itaətsizliyə, ordunu əmrləri yerinə yetirməməyə, dövlətə qarşı çıxmağa çağırır. Müharibələrdən bezən və sülh istəyən ayıq ermənilər II Qaregini xarici dövlətlərin casusu adlandırırlar. Bildirirlər ki, ölkənin baş keşişi xarici ölkələrin planlarını və sifarişlərini yerinə yetirir.

Din xadiminin qan tökülməsinə rəvac verməsi heç bir dinin müqəddəs kitablarında yazılmayıb. Ancaq bədbəxt Ermənistanın cəllad keşişi hər şeyi bir kənara ataraq insanları qan axıtmağa çağırır. İkinci Qarabağ müharibəsində keşişlərin vuruşması barədə faktlar var. "Voenni" keşişlər bunu heç də danmır, eyib hesab etməyərək sinələrində avtomat silahla şəkil də çəkdirib yayırdılar. Onlar Xocalıda və bir çox kəndlərdə türk uşaqlarını işgəncələrlə öldürməyi qəhrəmanlıq kimi qələmə verir və öz vəhşilikləri ilə öyünürdülər.

Ərazimizdə erməni kilsəsi yarandığı gündən fitnə-fəsad yuvasına çevrilib. Qarşısına azərbaycanlıları uşaqdan-böyüyədək hamını qırmaq, doğma yurdlarından deportasiya etmək və torpaqlrımızı erməniləşdirmək məqsədi qoyb. Bu alçaq planın tutulmasında və yerinə yetirilməsində çar Rusiyası və bolşeviklər imperiyası ermənilərə daim hərbi dəstək verib. Haylar daim hansısa dövlətin himayəsinə sığınaraq qonşulara qan uddurublar. Başları götürmədiyinə görə ərazilərində yüz illərlə yaşayan etnik azlıqları qovub ölkədən çıxarıblar. Monoetnik yuvada bayquş kimi tənha yaşamağa adət ediblər. Məhz buna görə də hər yerdə inamlarını itiriblər.

Son illərdə himayədarına xəyanətinə görə meydanda tək qalan Ermənistan ağır məğlubiyyətə uğrayıb, işğal etiyi Azərbaycan torpaqlardan çıxmalı olub. Ancaq katalikos II Qaregin Azərbaycanın dörd kəndinin geri qaytarılmasını həzm edə bilmir və buna qarşı çıxır. O, keşişlərinə təlimat verərək İrəvanda hökumət əleyhinə etiraz edən iğtişaşçılara köməyə göndərib. Qaregin kimi keşişlərdir ki, hayları ən qədim zamanlardan bu günədək sərsəm ideyalarla zəhərləyərək mənasız qırğınlara aparıb. İndi də bu yaramaz sarsaq ulu babalarının yolunu davam etdirir.

Vəli İlyasov, "İki sahil"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
ikisahil.az

1Mənbələr