AZ

Krımda qayıqla aparılan hərbçilərin axtarışları davam edir

Xilasedicilər Krımda rezin qayıqla açıq dənizə çıxan 3 hərbçinin axtarışlarını davam etdirirlər.

Qaziler.az bildirir ki, bu barədə mayın 3-də Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

“Aprelin 30-da Moskva vaxtı ilə saat 14:30 radələrində Krımda yerləşən hərbi hissələrdən birinin 3 hərbçisi rezin qayıqla açıq dənizə çıxıb. Əlverişsiz hava şəraiti səbəbindən hərbçilər qayığa idarəetməni itirib və külək oları dənizə sovurub”, - TASS xəbər verir.

Qeyd olunur ki, hərbi qulluqçuların yoxluğu aşkarlanan kimi dərhal axtarışlara başlanılıb.

Qazeta.Ru yazır ki, axtarışlara Qara Dəniz Donanmasının helikopterləri və Rusiya Fövqəladə Hallar Nazirliyinin bir helikopteri, həmçinin Qara Dəniz Donanmasının üç kateri cəlb olunub.

QAZİLER.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla