AZ

Bloomberg: G7 Kiyev üçün 50 milyard dollarlıq yardım paketi hazırlayır

Birləşmiş Ştatlar Kiyev hakimiyyətinə 50 milyard dollar məbləğində yardım göstərmək üçün Yeddilik Qrupunun (G7) digər ölkələri ilə danışıqlar aparır, bu məbləğin əhəmiyyətli hissəsinin dondurulmuş Rusiya aktivlərindən istifadə etməklə geri qaytarılması planlaşdırılır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb. 

Məlumata görə, ABŞ iyunda İtaliyada keçiriləcək G7 sammitində yardımın göstərilməsinə dair sazişin imzalanmasını təmin etməyə çalışır. Agentlik qeyd edib ki, bu mövzuda danışıqlar çətindir və sazişin bağlanması bir neçə ay çəkə bilər.

ABŞ-nin maliyyə naziri Canet Yellen bu mövzuda danışıqların aparıldığını təsdiqləyib: "Biz bunu müzakirə edirik. İdeal olaraq, ABŞ-nin yardımı tək etməməsi üçün bütün G7 ölkələrinin iştirak etməsini istərdik".

Avropa İttifaqı, Kanada, ABŞ və Yaponiya hərbi əməliyyata başlayandan sonra Rusiyanın təxminən 300 milyard dollarlıq aktivlərini dondurub. Bunun təxminən 5-6 milyard dolları ABŞ-nin payına düşür.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
1
Mənbələr
Şərh ()
Bağla