AZ

AŞ rəhbəri: Gürcüstan Avrointeqrasiya şansını əldən verməməlidir

Avropa Şurasının (AŞ) rəhbəri Şarl Mişel Gürcüstanın baş naziri ilə telefon danışığı aparıb. Söhbət zamanı Gürcüstan rəhbərliyinə bildirilib ki, Tbilisi Avropaya inteqrasiya üçün şansları əldən verə bilər".  

"Operativ Media" xəbər verir ki, bu barədə Mişel cümə günü "X"də yazıb.

"Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə telefon danışığı apardıq, biz Gürcüstanda baş verən son hadisələri müzakirə etdik və mən öz ölkələrinin Avropa gələcəyini birinci yerə qoyan bütün gürcülərə tam dəstəyimizi bildirdim. Söylədim ki, ittifaqa aparan tarixi şansı qaçırmayın", - deyə Mişel yazıb. 

Əvvəllər Borrell və onun nümayəndəsi Piter Stano dəfələrlə bəyan ediblər ki, Gürcüstanın xarici agentlərlə bağlı qanun layihəsi ölkənin Aİ-yə daxil olmaq istəklərinin bir hissəsi kimi üzərinə götürdüyü öhdəliklərə uyğun gəlmir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
1
Mənbələr
Şərh ()
Bağla